Bu gün qonağımız Cubics şirkətinin icraçı direktoru Hacı Ağadır. O, öz şirkəti, işin əsas istiqaməti və ideyadan hazır məhsula aparan yolu barədə danışacaq.

CRM proqramı ideyası Sizdə haradan yarandı?

Customers Relationship Management

– 2007-2008-ci illərdən bu layihə haqqında fikirləşirdim. O vaxtlar mənim şirkətim saytların yaradılması ilə məşğul olurdu.  Düşünürdüm ki, bir SOFT, proqram təminatı olmalıdır, hansı ki  sahibkarlara öz biznesini anlamağa kömək edəcək, özündə müştərilər, müqavilələr, işçilərin effektivliyi  haqqında məlumatı cəmləşdirəcək və analiz edəcək. O vaxtlar bu reallıqdan uzaq olan bir hekayə kimi səslənirdi. 2017-ci ildə şirkətimiz CRM proqramın yığılmasına start verdi.

Bazarda xarici CRM proqramları var.
Siz onlarla necə rəqabət aparırsınız?  

  • Cubics CRM azərbaycan dilindədir. Yəni şirkət əməkdaşları nəyisə anlamaqda dil baxımından heç bir çətinlik çəkməyəcəklər.
  • Funksionallıqda limit qoymuruq. Limit yalnız istifadəçi sayına qoyulur. Bu o deməkdir ki, müştərilərimiz CRM funksionallığından tam yararlana bilər.
  • Müştərilərimizə tam pulsuz dəstək veririk. CRM proqramına dəstək verməyin nə qədər vacib olduğu, problem yaşananda bilinir. Xarici CRM-in pulsuz dəstək anlayışı yoxdur.

Bəs şirkətə uyğun “0”-dan yığılmış proqram təminatları…?

     – Belə CRM proqramında yeniliklər olmur. Biz daim biznesi analiz edirik və vəziyyətdən asılı olaraq yeni funksiyalar əlavə edirik. Bütün yeniliklər pulsuzdur.

Zənnimcə, inkişaf etmiş bulud texnologiyaları dövründə, şirkətlərə bahalı proqram təminatlarının alınmasına, onların ofis daxili serverlərdə yerləşdirilməsinə, daha sonra  bu sistemə dəstək göstərmək üçün kadrların işə qəbul edilməsinə küllü miqdarda pul xərcləməyə ehtiyac qalmayıb. Bu çox bahalı, daim pul və vaxt tələb edən prosesdir. 24/7 iş rejimində serverlərə dəstək olmalıdır ki, normal funksionallıq təmin olunsun.  Şirkətlər üçün bizim CRM proqrama qoşulmaq daha sərfəlidir.

Niyə CRM qurulmasında bulud texnologiyalarından istifadə etdiniz?

– Çünki, sərfəli qiymət, təhlükəsizlik, funksionallıq hamısı bulud texnologiyalarının üstünlükləridir.

CRM – ə qoşulmaq üçün birdəfəlik, gizli və digər ödənişlər olur? 

– Xeyr. Abunəçilik biznes modeli əsasında xidmət göstəririk. İstifadə etdiyiniz müddətdə aylıq abunə haqqını ödəyirsiniz. Bizim xidmətlərdən imtina etdiyiniz halda sadəcə ödənişləri dayandırırsınız. Birdəfəlik və digər ödənişlər yoxdur və olmayacaq.

Sirr deyilsə, ilk müştəriniz kim olub?

– İlk müştərimiz mühasibat şirkəti accounting.az olub. Onda mən biznesin sahibinə söz verdim ki, bu sistem sizin şirkətdaxili proseslərinizi transformasiya edəcək və mərkəzləşdirilmiş idarəetmə sistemi qurulacaq. İndiyə qədər accounting.az bizim müştərimiz olaraq qalır.