“Xarici biznes nümayəndələri” rubrikasının növbəti qonağı Riçard Brensondur. Britaniyalı sahibkar, Virgin Group – un yradıcısıdır. Bu şirkətlər qrupuna 400-ə yaxın fərqli sahələrdə çalışan şirkətlər daxildir. 5 milyard ABŞ dollarından çox sərvəti olan, Böyük Britaniyanın ən varlı sakinlərindən biridir.

Ən böyük və uğurlu şirkətlərin siyahısı.

  • Virgin America — ABŞ hava yolları
  • Virgin Atlantic Airways — Böyük Britaniya hava yolları
  • Virgin Australia — Avstralitalı büdcə hava yolları
  • Virgin Books — Britaniyalı kitab şirkəti
  • Virgin Connect — Rusiyada internet-provayder
  • Virgin Galactic — kosmosa səyahət üçün tur şirkət
  • Virgin Interactive — Briyaniyalı video oyun şirkəti
  • Virgin Media — kabel və mobil telefoniya, televiziya və genişzolaqlı İnternet bazarında xidmətlər göstərən Britaniya şirkəti
  • Virgin Mobile — mobil rabitə operatoru
  • Virgin Oceanic — skuba dalğlc şirkəti
  • Virgin Radio — Britaniyalı radio şirkət
  • Virgin Records — Britaniylı səsyazma leyblı
  • Virgin Trains — Britaniyalı dəmir yolu şirkəti
  • Virgin Vodka — Britaniyalı alkoqol şirkəti
  • Virgin Unite — qeyri-kommersiya xeyriyyə fondu

Sizi risk etməyə nə vadar edir?

– Mənim təbiətim risk etməyə meyillidir (Gülür). 15 yaşından orta məktəbdən çıxmışam. Ali təhsilim yoxdur. Mən yeniliklərə cəhd göstərənəm. Bu cəhətim mənim yeni-yeni şirkətlər təsis etməyimə zəmin yaratdı.
Məsələn “Virgin Atlantic” necə yarandı? Mən sevdiyim qızla görüşə tələsirdim. Aviaşirkət reysi sərnişinlərin az olmasına görə təxirə saldı. İcarə etdiyim təyyarəyə, aeroportda təxirə salınmış reysin sərnişinlərinə biletləri 40$ təklif etdim. Razılaşdılar. Eniş zamanı kiminsə dediyi söz beynimə batdı: “Bəlkə elə Siz aviaşirkət təsis edəsiniz”? Aviasiya sahəsini öyrənməyə qərar verdim və Boeing 747 aldım. “Virgin Atlantic” təsis etdim. Biz servis xidmətlərinə fokuslandıq: yeməklərin keyfiyyətini artırdıq, gülərüz personal sistemini tətbiq etdik. Sərnişinlər əyləncə tələb edirdilər. Uçuş zamanı TV şoular nümayiş edirdik. O vaxtlar aviaşirkətlərin rəhbərləri mənim kimi düşünmürdülər.

Hər dəfə yeni şirkətin yaranmasına Siz necə qərar verirsiniz?

– İnsanların rifahı yüksəldən ideyaları – biznesin köküdür. Belə bir ideyanız varsa, onu həyata keçirməkdən çəkinməyin. Ən pis halda ideyanız alınmayacaq. Uğursuzluqlar – təcrübənizi artırır.

Siz müflis olan layihələrdən nə nəticə çıxardınız?

– Mənə elə gəlirdi ki, Coca-Cola şirkətinə qalib gələ bilərəm. Müvəffəqiyətsizliyə uğrayaraq – Virgin Cola itirdim. O zaman nəticə çıxartdım ki, sənin şirkətindən böyük olan şirkətin bazar payını əlindən almaq istəyirsənsə, istehsal etdiyin məhsul fərqlənməlidir və daha da keyfiyyətli olmalıdır.

Şəxsi brendinizin, yaratdığınız bizneslərə təsiri oldu?

– Bizim 1 ədəd təyyarəmiz olduğu halda, “British Airway”-in 300 ədəd təyyarəsi var idi. Kiçik kapitalı olan şirkətin inkişafı üçün şəxsi brenddən istifadə etmək vacibdir. Şirkətin inkişafı üçün qeyri adekvat addımlar atırdım. Nəticədə “Virgin Atlantic” bazarda müştərilərə daha yaxşı təqdim olunduğuna görə, “British Airway” bizi məhv edə bilmədi.

Gənc sahibkarlar tövsiyəniz?

Qərar ver. Həyata keçir.