“Xarici biznes nümayəndələri” rubrikasının növbəti qonağı Qazxıstanda doğulan, hal hazırda Rusiyada yaşayan alman mənşəli sahibkar, investor və xeyriyyəçi Oskar Xartmandı. O, KupiVIP, Carprice, CarFix, Aktivo və bir çox digər şirkətlərin qurucusu, Alfa Bankın Direktorlar Şurasının üzvü və Rybakov Fondunun Qəyyumlar Şurasının sədridir.

Sizin layihələrinizin əksəriyyəti xaricdə olan şirkətlərin klonlarıdır. Hansı səbəbdən startuplar yaratmırsınız?

– Əslində, dünyanın böyük şirkətlərinin 85% -i eyni tələbatı təmin edir. Bütün ölkələrdə banklar var. Çünkü onların xidmətinə ehtiyac var. Uğurlu biznes-modeli təkrarladığımız zaman məhsulun yararsız olma riskini qismən azaldırıq.

Uğursuz layihələriniz çox olub?

– Onsuz olmaz ki… Bizneslərin əsas qatili onların faydasızlığıdır. Yadımdadır, mən bütün günü avtomatlaşdırılmış aptekin yanında oturmuşdum. İnsanlar sadəcə yanından keçirdilər, heç kim daxil olmurdu. Insanların belə konseptdə sadəcə ehtiyacı olmadığı ortaya çıxdı.

Fəaliyyətə başlamazdan əvvəl araşdırmalar aparasınız?

– Araşdırmanın dəyəri bahadır. Yeni biznesi test etmək üçün daha az miqdarda vəsait tələb olunur. 50-100 min ABŞ dolları investisiya yatırıb, yeni ideyanı test edirəm. Bəzən alınır, bəzən isə yox. Bir ölkədə uğurla çalışan biznes modellər, digər ölkələrdə hər zaman işləmir. Ona görə mən praktikada test etməyin tərəfdarıyam.

KupiVIP -ni qadın forumlarında tənqid edirlər. Yazırlar ki, məhsullar saxtadı, qiymətlər baha, loyallıq sistemi isə qəribədir…

– İnsan daim nəisə tənqid edir. Bu onun xüsusiyyətlərindən biridir. Amma bu forumlarda yazılan fikirlər reallığı əks etdirmir. Bizdə saxta məhsul yoxdur. Şirkət hər məhsulu son mənbəyinə qədər yoxlayır. KupiVIP bütün məhsulları sistemli şəkildə tanıyan və rəsmi dillerlərdən əldə edir.

Amma “replika” məhsullarında marja daha çox olur…

– Ola bilər. Amma replikada uzun ömürlü, daim artan, sistemli biznes qurmaq mümkün deyil. Bizim məqsədimiz 20, 30, 100 il davam edən biznes qurmaqdı.

«Aktivo» layihəsi uğurlu olacaq?

– Uğurlu alınmasına inanmasaydım start verməzdim. Passiv gəlirin formalaşmasına tələbat var. Biz bu tələbatı təmin edirik. Passiv gəlir Əmlaka investisiya vasitəsi ilə insana sərbəstlik və müstəqillik hissi verir. Amma əmlakın bir sahibi olmur. Bir kollektiv investor bir əmlakı idarə edir. Biz investorlara kollektiv mülk təklif etmirik. Zəmanətli, passiv gəlir əldə etməyə imkan verən bir layihə təklif edirik. Uğurlu insanlar öz gələcəklərinə yatırım edirlər. Yatırımlar müxtəlif olur – əmlak, aksiya, qızıl və s. Amma məzənnənin stabil olmayan ölkələrdə, kapitalın dəyərini və gəlirlərini təmin etmək üçün investisiyaların əsas hissəsi əmlaka yönəlir. Əsas gəlir verən əmlak növü isə kommersiya tipli obyektlərdir. Bu tipli obyektlərin qiyməti adi əmlakdan bahadır. Belə hallarda isə biz köməyə gəlirik. Fikirimiz çox uzunmüddətlidir, 20 il bu şirkəti qurmağa hazıram, çünki bunu özüm üçün edirəm, ilk növbədə mən özüm passiv gəlir əldə etmək istəyirəm.

Əmlaka minimal yatırım nə qədərdir?

Fiks məbləğ yoxdur. Layihədən asılıdır. 5000$ ola bilər. 1000 000$ ola bilər.

Yəni şərti olaraq kimsə gəlib Sizə 5000$ verir və əmlakın mindən birinə sahib olur və zəmanətli gəlir əldə edir?

– Belə model bütün dünyada yüz ildir işləyir. Kommersiya daşınmaz əmlakın kraudfandinq modelidir. Əlbəttə ki, etimad qazanmağımız üçün vaxt lazımdır, amma buna hazırıq. KupiVIP-i açanda hamı daim bir şeydən şübhələnirdi. Hal hazırda 5 milyondan artıq müştərisi var. Aktivo ilə də eynidir – 20 ildir qurmağa hazıram, əks halda başlamağın mənası yox idi. İstəyirəm ki, pensiya sisteminə inamı olmayan bir ölkədə, qocalıqda alternativ gəlir mənbələri təklif edən layihələr olsun.